Pressa.az » Ölkə » "Qadın Həmrəyliyi forumu Bakı zirvəsi " keçirilib - FOTOLAR

"Qadın Həmrəyliyi forumu Bakı zirvəsi " keçirilib - FOTOLAR

14 oktyabr 2024, Bazar ertəsi, 22:01
"Qadın Həmrəyliyi forumu Bakı zirvəsi " keçirilib - FOTOLAR

13 oktyabr 2024 -cü ildə Ahəng PRİM və Ahəng psixoloji dəstək və inkişaf ictimai birliyinin təşkilatçılığı ilə "Qadın Həmrəyliyi forumu Bakı zirvəsi " keçirildi.

Liderxeber.az xəbər verir ki, ilk olaraq Gəncədə, sonra Goranboyda ən sonuncu Lənkəranda keçirilən forum Bakıda davam etdi.Açılış nitqində mərkəzin rəhbəri psixoloq Vüsalə Əmiraslanova xanımları salamladı.Forumda millət vəkili Pərvin Kərimzadə və digər dəyərli spikerlər iştirak edirdi.

Pərvin xanım xanımlara bütün panellərdə danışacaq mövzularla bağlı öz töhfəsini verdi.Forumun panelləri psixologiya və təhsildə qadınlar , sahibkarlıqda qadınlar , tibbdə qadınlar və mediada qadınlar idi.Məqsəd qadınları hər sahədə inkişaf etdirmək , özgüvən vermək , aralarındakı ünsiyyəti daha da artırmaq və sahibkarlıqda inkişaflarına yardım etmək idi.Forumun fəxri qonaqları da qadınlarla öz təcrübələrini bölüşdülər.

Forumda musiqi və çay fasiləsi də təşkil olunmuşdur.Sonda hər bir qadını həmrəy olmağa səslədik.