Pressa.az » Ölkə » Azərbaycan əhalisinin sayı açıqlandı

Azərbaycan əhalisinin sayı açıqlandı

15 oktyabr 2024, Çərşənbə axşamı, 13:25
Azərbaycan əhalisinin sayı açıqlandı

İlin əvvəlindən ölkə əhalisinin sayı 28 833 nəfər və ya 0,3 faiz artaraq, 2024-cü il sentyabr ayının 1-i vəziyyətinə 10 209 603 nəfərə çatıb.

Liderxeber.az xəbər verir ki, bu barədə məlumatı Dövlət Statistika Komitəsi açıqlayıb.

Bildirilib ki, əhalinin ümumi sayında şəhər əhalisinin xüsusi çəkisi 54,5 faiz, kənd əhalisinin xüsusi çəkisi 45,5 faiz, kişilərin xüsusi çəkisi 49,8 faiz, qadınların xüsusi çəkisi isə 50,2 faiz olub.