Pressa.az » Ölkə » Hesablama Palatası ötən il 481 milyon manatlıq maliyyə pozuntusu aşkar edib

Hesablama Palatası ötən il 481 milyon manatlıq maliyyə pozuntusu aşkar edib

12 aprel 2023, Çərşənbə, 11:56
Hesablama Palatası ötən il 481 milyon manatlıq maliyyə pozuntusu aşkar edib

2022-ci ildə Hesablama Palatası apardığı uyğunluq auditləri hesabına 481,2 milyon manatlıq maliyyə pozuntusu aşkar edib.

LiderXəbər xəbər verir ki, bu barədə Palatanın ötənilki fəaliyyəti ilə bağlı hesabatda bildirilir.

Sənədə əsasən, 131,3 milyon manatlıq hissəsi üzrə tədbirlər müəyyən olunub, 349,9 milyon manatlıq hissəsi üçün isə tədbir (bərpa) üçün əsaslar tapmaq mümkün olmayıb.