Bakı metrosu sərnişindaşımanı 15 % artırıb
Bu ilin yanvar-mart aylarında “Bakı Metropoliteni” QSC 52 678 475 nəfər sərnişin daşıyıb.
Liderxəbər-in məlumatına görə, bu, ötən ilin eyni dövrünə nisbətən 7 012 833 nəfər və yaxud 15,4 % çoxdur.
Bu ilin ilk rübündə orta gündəlik sərnişindaşıma isə illik müqayisədə 78 253 nəfər yaxud 15,4 % artaraq 585 316 nəfərə çatıb.
Pandemiyadan öncəki dövrlə yəni 2019-cu illə müqayisədə rüblük sərnişindaşıma 2 655 747 nəfər yaxud 4,8 % azalıb. Eyni dövrlə müqayisədə gündəlik orta sərnişindaşıma da 32 842 nəfər və yaxud 5,3 % azalıb.
Oxşar Xəbərlər:
06 fevral 2023, Bazar ertəsi
Bakı metrosunun “B-04” stansiyasının elektrik təchizatı sistemi təsdiq edilib
19 yanvar 2023, Cümə axşamı
Jalə Əhmədova: “20 yanvar hadisələri Azərbaycan milli kimliyinin formalaşmasına mühüm təsir göstərdi