Pressa.az » Ölkə » Azərbaycan və Gürcüstan arasındakı münasibətlər ən yüksək səviyyəyə çatıb

Azərbaycan və Gürcüstan arasındakı münasibətlər ən yüksək səviyyəyə çatıb

22 yanvar 2025, Çərşənbə, 10:25
Azərbaycan və Gürcüstan arasındakı münasibətlər ən yüksək səviyyəyə çatıb

Azərbaycan və Gürcüstan arasındakı münasibətlərin bu günki səviyyəsi ölkələrimizin milli maraqlarına xidmət edir.

Əminliklə deyə bilərik ki, Cənubi Qafqazda yerləşən üç ölkədən ikisi - Azərbaycan və Gürcüstan arasındakı münasibətlər hər zaman ölkələrin milli maraqlarına xidmət etməklə, hər iki ölkə üçün strateji əhəmiyyət daşıyıb.

Tarixən bir-birlərinə bağlı olan bu ölkələr Sovetlər birliyinin dağılmasından sonra mövcud imkanlardan maksimum yararlanaraq münasibətlərini daha da inkişaf etdirdilər. Bu münasibətlər iqtisai əlaqələr və layihələrlə zənginləşdirilərək daha da möhkəmləndirildi. Bu mənada iki ölkə və onun xalqları arasındakı münasibətlər əminlikə demək olar ki, tarixdə ən yüksək səviyyəsinə çatmışdır. 

Cənubi Qafqazın lider dövləti olan Azərbaycan zəngin karbohidrogen ehtiyatlarını əsasən Gürcüstan üzərindən Avropaya nəql edir. Gürcüstan coğrafi mövqe baxımından Azərbaycanın Qərbə açılması üçün bu gün ən optimal ölkədir. Hərçənd ki, Azərbaycan ötən əsrin doxsanıncı illərinin ortlrından başlayaraq tarixi layihələrə imza atmağa başlayanda bunu Ermənistan üzərindən də reallaşdıra bilərdi. 

Lakin məlum siyasi vəziyyət, Ermənistanın qanunsuz torpaqlarımızı işğal etməsi Azərbaycanı digər alternativ variant - Gürcüstan variantından istifadə etməyə sövq etdi. Həmin an tarixi şansı ağıllı şəkildə dəyərləndirən Gürcüstan əbədi olaraq Azərbaycanı özünə müttəfiq qazandı. Ermənistanın qazancı isə bu gün göz qabağındadır.

Xam xəyallarla yaşayan bu ölkə və onun rəhbərləri Ermənistanı dalan dövlətə çevirdilər. Regionda əsas oyunçu olan Azərbaycan Ermənistanı oyundan kənar vəziyyətə salmaqla, həm də sonrakı, əsas məqsədinə nail olmağı hədəflədi. Bu gün  regionda yaranmış, məhz Azərbaycanın diqtəsi ilə formalaşdırılmış reallıqlar göz qabağındadır. Ölkəmiz demək olar ki, bütün məqsəd və hədəflərinə nail olub.

Bu günlərdə Gürcüstanın yeni seçilmiş Baş naziri İrakli Kobaxidzenin ölkəmizə rəsmi səfəri qeyd etdiklərimizin təsdiqi baxımından mühüm əhəmiyyət kəsb edir. Səfər çərçivəsində Möhtərəm İlham Əliyevin və ali qonağın mətbuata verdikləri birgə bəyanatlarda səsləndirdiyi fikirlər iki ölkə arasında olan münasibətlərin səviyyəsinə bir daha işıq saldı. Bu gün iki ölkə arasında olan münasibətlər iqtisadi əməkdaşlıqla yanaşı mədəni, humanitar sahədə də inkişaf edir.

Hər iki ölkənin rəhbərlərinin qarşılıqlı səfərləri, imzalanan sənədlər, ali səviyyədə verilən bəyanatlar ölkələrimizin inkişafına, tərəqqisinə xodmət edir.


Gülcənnət Qarayeva;
Neftçala rayonu