QMİ sədri: “Azərbaycanla ultimatum dili ilə danışmaq olmaz”
“Azərbaycanla ultimatum dili ilə danışmaq olmaz”.
LiderXəbər xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə jurnalistlərə açıqlamasında deyib.
“Hesab edirəm ki, erməni katolikosunun açıqlamaları din adamlarına uyğun olmayan açıqlamadır. Din adamları müharibə üçün yox, sülh üçün çalışmalıdır. Erməni katolikosunun yeni müharibə çağırışları onun siyasi ambisiyaların qurbanına çevrilməsindən irəli gəlir və din adamlarının siyasətə qarışması doğru deyil. Biz erməni kilsəsini dostluğa çağırırıq”, - deyə QMİ sədri bildirib.
Oxşar Xəbərlər:
02 fevral 2023, Cümə axşamı
Azərbaycan və Rumıniya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
09 fevral 2023, Cümə axşamı
Azərbaycan məscidlərində Türkiyədəki zəlzələdə ölənlər üçün cənazə namazı qılınacaq