Pressa.az » Ölkə » “Atəşgah” sığorta şirkətinin ödənişləri - İki dəfədən çox artıb

“Atəşgah” sığorta şirkətinin ödənişləri - İki dəfədən çox artıb

28 fevral 2025, Cümə, 16:51
“Atəşgah” sığorta şirkətinin ödənişləri - İki dəfədən çox artıb

Azərbaycanın ən iri sığorta şirkətlərindən hesab olunan “Atəşgah”  sığorta şirkətinin yığımları  və ödənişləri artıb.

Mərkəzi Bankın aylıq hesabatı  əsasında aparılan hesablamalara istinadən məlum olub ki,  sığorta şirkətinin cari ilin yanvar ayı ərzində topladığı sığorta haqlarının həcmi 4,919 mln. manat təşkil edib.

Aparılmış hesablamalara əsasən məlum olub ki, son bir il ərzində şirkətin yığımlarında 732 min manat və ya 17% artım müşahidə olunub. 2024-cü ilin yanvar ayında şirkətin satış komandası 4,187 mln. manat sığorta haqqı toplayıb.

Bundan başqa, sözügedən müddət ərzində sığorta şirkətinin ödənişlərində də artım qeydə alınıb. Belə ki, şirkət tərəfindən zərərçəkmiş müştərilərə 2,768 mln. manat həcmində sığorta ödənişi verilib ki, bu da son bir illə müqayisədə 1,424 mln. manat və ya 2,1 dəfə artım deməkdir.    

Hesabat dövründə “Atəşgah" Sığorta Şirkətinin ümumi portfeldə ödənişlərin yığımlara nisbəti 56,3% təşkil edib.

Etibarlılığın, sabitliyin və biznesdə şəffaflığın nümunəsi olaraq “Atəşgah” sığorta şirkəti 28 ildən artıqdır ki, müştərilərinə yüksək keyfiyyətli xidmət göstərməklə müştərilərin və tərəfdaşların etibarını və hörmətini qazanıb.