Pressa.az » Siyasət » Ermənistanla ABŞ arasında hərbi əməkdaşlıq məsələləri müzakirə edilib

Ermənistanla ABŞ arasında hərbi əməkdaşlıq məsələləri müzakirə edilib

05 dekabr 2023, Çərşənbə axşamı, 11:30
Ermənistanla ABŞ arasında hərbi əməkdaşlıq məsələləri müzakirə edilib

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan ABŞ müdafiə nazirinin müavini Laura Kuperlə görüşüb.

LiderXəbər xəbər verir ki, bu barədə Armen Qriqoryanın "Faceboook" hesabında məlumat verilib.

Bildirilib ki, görüşdə müdafiə sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib.

"Biz regionumuzda sabitliyinin təmin edilməsinin zəruriliyini vurğuladıq. İkitərəfli birgə proqramların həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi apardıq, sülhməramlı fəaliyyət çərçivəsində iki ölkənin silahlı qüvvələri arasında əməkdaşlıq və qarşılıqlı fəaliyyətin dərinləşdirilməsini vurğuladıq", - o qeyd edib.

Görüş Ermənistan Təhlükəsizlik Şurası katibinin ABŞ-a səfəri çərçivəsində baş tutub.