Pressa.az » Naxçıvanın işdən çıxarılan prokuroru həbs edilməyib - Rəsmi

Naxçıvanın işdən çıxarılan prokuroru həbs edilməyib - Rəsmi

02 fevral 2023, Cümə axşamı, 12:50
Naxçıvanın işdən çıxarılan prokuroru həbs edilməyib - Rəsmi

Baş Prokurorluq bir sıra media qurumlarında Naxçıvan Muxtar Respublikasının sabiq prokuroru Səbuhi Şahverdiyevin həbs olunması ilə bağlı yayılan məlumatları təkzib edib.

Bu barədə qurumun mətbuat xidmətindən LiderXəbər-ə bildirilib. 

Qeyd olunub ki, müvafiq dövlət qurumu ilə dəqiqləşdirilməmiş, eləcə də ictimaiyyətdə çaşqınlıq yaratmağa yönəlmiş məlumatların yayılması qanunvericiliklə qadağandır.

Xatırladaq ki, S.Şahverdiyev yanvarın 31-də Prezident İlham Əliyevin sərəncamına əsasən işdən azad olunub. O, 2018-ci ildən bu vəzifədə çalışırdı.