Piyadanı vuran sürücü hadisə yerindən qaçdı
Şəkidə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Liderxeber.az xəbər verir ki, hadisə saat 00:30-da, 1999-cu il təvəllüdlü Coşqun Vüqar oğlu Məmmədov idarə etdiyi “Volksvagen Passat” markalı avtomobillə hərəkətdə olarkən qeydə alınıb.
Belə ki, o, həmin vaxt yolu keçən 1997-ci il təvəllüdlü Hasil Ehtibar oğlu Əsgərovu vurub. Piyada yerləşdirildiyi xəstəxanada vəfat edib. Sürücü isə avtomobillə hadisə yerindən qaçıb.
Faktla bağlı Şəki ŞRPŞ-də Cinayət Məcəlləsinin 263.2 və 264-cü maddələri ilə cinayət işi başlanıb.
Polisin keçirdiyi tədbirlərlə C.Məmmədov saxlanılıb.
Oxşar Xəbərlər:
25 may 2024, Şənbə
Prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfvi ilə bağlı Sərəncam imzalayıb - SİYAHI
21 iyul 2024, Bazar günü
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib
24 iyun 2024, Bazar ertəsi
Bir sıra dövlət qulluqçuları orden, medal və fəxri adlarla təltif olunurlar - Siyahı
