Pressa.az » Cəmiyyət » Bu qidaları tez-tez yemək sağlamlığınıza zərər verə bilər

Bu qidaları tez-tez yemək sağlamlığınıza zərər verə bilər

06 yanvar 2025, Bazar ertəsi, 09:15
Bu qidaları tez-tez yemək sağlamlığınıza zərər verə bilər

Mütəxəssislər bəzi qidaların tez-tez qəbul edilməsinin sağlamlıq üçün ciddi problemlərə səbəb ola biləcəyini bildirirlər. Düzgün və balanslı qidalanma sağlam həyatın əsas şərtlərindən biridir, lakin bəzi məhsulların həddindən artıq istifadəsi müxtəlif xəstəliklərə yol açır.

Liderxeber.az tez-tez istehlak edilməməsi tövsiyə olunan qidaları sizə təqdim edir:

Fast-food məhsulları

Hamburger, pizza, qızardılmış kartof və digər fast-food qidaları yüksək yağ, duz və kalori miqdarı ilə seçilir. Onların həddindən artıq istehlakı piylənmə, ürək-damar xəstəlikləri və yüksək qan təzyiqi riskini artırır.

Şəkərli içkilər

Qazlı və şəkərli içkilər çoxlu miqdarda şəkər və süni əlavələr ehtiva edir. Onlar şəkərli diabet, çəki artımı və diş problemlərinə səbəb ola bilər.

Emal olunmuş ət məhsulları

Kolbasa, sosis və digər emal olunmuş ətlərdə olan nitratlar və duzlar xərçəng, yüksək təzyiq və böyrək problemləri ilə əlaqələndirilir.