Pressa.az » Cəmiyyət » Neftçalada SHXÇDX işçilərinin peşə bayramı qeyd olunub

Neftçalada SHXÇDX işçilərinin peşə bayramı qeyd olunub

13 fevral 2025, Cümə axşamı, 22:11
Neftçalada SHXÇDX işçilərinin peşə bayramı qeyd olunub

Neftçala rayonunda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin işçilərinin peşə bayramı qeyd olunub.

Peşə bayramı ilə əlaqədar olaraq, Neftçala şəhərinin mərkəzində ucaldılan Ulu Öndər Heydər Əliyevin əzəmətli heykəli ziyarət olunub, önünə tər gül dəstələri düzülüb və ruhu ehtiramla yad edilib.

Tədbirdə Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Neftçala Rayon Şöbəsinin rəhbərliyi, RİH-in məsul şəxsləri, hüquq-mühafizə orqanlarının rəhbərləri və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Neftçala Rayon Şöbəsinin əməkdaşları iştirak ediblər.

Neftçala Rayon İcra Hakimiyyətinin kollektivi  Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Neftçala Rayon Şöbəsinin əməkdaşlarını peşə bayramları münasibətilə təbrik edir və fəaliyyətlərində uğurlar arzulayır.