Neftçalada DTX işçilərinin peşə bayramı qeyd olunub
Ümummilli Lider Heydər Əliyevin 1997-ci il mart ayının 23-də imzaladığı sərəncamla hər il mart ayının 28-də Azərbaycan Respublikasının təhlükəsizlik orqanlarının əməkdaşları öz peşə bayramlarını qeyd edirlər. Bu gün Azərbaycanın təhlükəsizlik orqanlarının yaranmasının 104-cü ildönümüdür.
İlk öncə Ümummilli Lider Heydər Əliyevin Neftçala rayonundakı əzəmətli heykəli ziyarət olunub, önünə gül dəstələri düzülüb və ruhu ehtiramla yad olunub.
Tədbirdə Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, RİH-in məsul şəxsləri, hüquq- mühafizə orqanlarının rəhbərləri və xidməti işçilər iştirak edib.
Neftçala Rayon İcra Hakimiyyətinin kollektivi Dövlət Təhlükəsizlik Xidməti işçilərini peşə bayramları münasibətilə təbrik edir və peşə fəaliyyətlərində uğurlar arzulayır.