Pressa.az » Dünya » "Lego"dan rekord nəticə

"Lego"dan rekord nəticə

12 mart 2025, Çərşənbə, 09:37
"Lego"dan rekord nəticə

Danimarkanın "Lego" şirkəti 2024-cü ildə rekord nəticələr əldə edib.

Liderxeber.az "Kommersant"a istinadən xəbər verir ki, şirkətin illik gəliri 13 faiz artaraq 10.9 milyard dollara, əməliyyat mənfəəti isə 10 faiz artaraq 2.7 milyard dollara çatıb.

Xalis mənfəət isə gözləniləndən yüksək olub: 5 faiz artaraq 2 milyard dollara yüksəlib.

"Lego" məhsullarına ən yüksək tələbat Şimal və Cənubi Amerika, Avropa və Yaxın Şərq bazarlarında müşahidə edilib.