Pressa.az » İdman » Güləşçimiz Avropa çempionu oldu

Güləşçimiz Avropa çempionu oldu

10 aprel 2025, Cümə axşamı, 09:06
Güləşçimiz Avropa çempionu oldu

Azərbaycanın sərbəst güləşçisi Giorgi Meşvildişvili Slovakiyanın paytaxtı Bratislavada keçirilən Avropa çempionatında qızıl medal qazanıb.

Liderxeber.az xəbər verir ki, Meşvildişvili final görüşündə son saniyədə işlətdiyi 4 xallıq fəndlə gürcüstanlı Solomon Manaşviliyə (7:7) qalib gələrək Avropa çempionu olub.

Bu, Azərbaycan millisinin yarışdakı ilk qızıl medalıdır.

Qeyd edək ki, daha əvvəl güləşçilərimizdən İslam Bazarqanov (57 kq), Əli Rəhimzadə (65 kq), Kənan Heybətov (70 kq) və Ağanəzər Novruzov (74 kq) bürünc, Osman Nurməhəmmədov (92 kq) isə gümüş medala sahib çıxıblar.