Pressa.az » İdman » Bundesliqaya yüksələn ilk komanda məlum olub

Bundesliqaya yüksələn ilk komanda məlum olub

20 may 2023, Şənbə, 10:10
Bundesliqaya yüksələn ilk komanda məlum olub

"Darmştadt" 2023/2024 mövsümündə Almaniya Bundesliqasında oynamaq hüququ qazanıb.

LiderXəbər xəbər verir ki, komanda 2-ci Bundesliqanın 33-cü turunda “Maqdeburq”a 1:0 hesabı ilə qalib gələrək elitaya vəsiqəni təmin edib. "Darmştadt" 33 matçda 67 xal toplayıb və turnir cədvəlində liderliyi qoruyub.  Komanda yarışın bitməsinə 2 tur qalmış 3-cü pillədə qərarlaşan "Hamburq"la fərqi 7 xala yüksəlib. Turnirin qaydalarına əsasən, çempionatın ilk iki pillədə başa vuran komanda Bundesliqaya birbaşa vəsiqə qazanır.

Beləliklə, "Darmştadt" 6 ildən sonra Bundesliqaya qayıdıb.