UEFA Çempionlar Liqası: II təsnifat mərhələsinin ilk günü beş oyun keçiriləcək

Bu gün UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində cavab görüşlərinə start veriləcək.
Liderxeber.az xəbər verir ki, ilk oyun günündə beş qarşılaşma keçiriləcək.
"Kayrat Almatı" "KuPS" ilə, "Drita" "Kopenhagen"lə, "Dinamo Kiyev" "Hamrun"la, "Srvena Zvezda" "Linkoln"la, "Zrinski" "Slovan Bratislava" ilə üz-üzə gələcək.
Qeyd edək ki, səfərdə İrlandiya təmsilçisi "Şelburn"u 3:0 hesabı ilə məğlub edən "Qarabağ" cavab görüşünə iyul ayının 30-da Tofiq Bəhramov adına Respublika stadionunda çıxacaq.
29 iyul
UEFA Çempionlar Liqası
II təsnifat mərhələsi
Saat 19:00, "Kayrat Almatı" - "KuPS";
Saat 22:00, "Drita" - "Kopenhagen";
Saat 22:00, "Dinamo Kiyev" - "Hamrun";
Saat 23:00, "Srvena Zvezda" - "Linkoln";
Saat 23:00, "Zrinski" - "Slovan Bratislava".
Oxşar Xəbərlər:

21 iyul 2024, Bazar günü
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib

15 iyul 2025, Çərşənbə axşamı
UEFA Çempionlar Liqası: I təsnifat mərhələsinin cavab oyunlarına start veriləcək