Azərbaycan boksçuları dünya çempionatında iki bürünc medal qazanıblar

Azərbaycan boksçuları Böyük Britaniyanın Liverpul şəhərində keçirilən dünya çempionatında iki medal qazanıblar.
Bu barədə Liderxeber.az-a Azərbaycan Boks Federasiyasından məlumat verilib.
Bildirilib ki, Azərbaycan boksçuları Səidcəmşid Cəfərov (75 kq) və Alfonso Dominges (90 kq) İngiltərənin Liverpul şəhərində keçirilən dünya çempionatının yarımfinal mərhələsində məğlub olublar.
Cəfərov (75 kiloqram) dünya çempionatının yarımfinalında özbəkistanlı Fazliddin Erkinboyevlə qarşılaşıb və rəqib mərhələ adladığına görə boksçumuz bürünc medala sahib olub.
Alfonso Dominges (90 kiloqram) isə yarımfinalda braziliyalı Santos Ribeyro Filyo ilə üz-üzə gəlib. Rəqib finala vəsiqə qazandığı üçün dünya çempionumuz 3-cü yeri tutub.
Oxşar Xəbərlər:

21 iyul 2024, Bazar günü
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib

27 fevral 2023, Bazar ertəsi
Azərbaycan boksçuları Rumıniyada 7 qızıl, 3 gümüş və 8 bürünc medal qazanıb