“Kəpəz”in futbolçusu bıçaqlandı
Gəncədə bıçaqlanma hadisəsi baş verib.
Liderxeber.az xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.
Belə ki, Bakı şəhər sakini, 2002-ci il təvəllüdlü Veysəl Rzayev kəsilmiş-deşilmiş yarası ilə xəstəxanaya yerləşdirilib.
Əməliyyat edilib, vəziyyətinin orta-ağır olduğu bildirilir. Bıçaqlanan şəxs “Kəpəz” futbol klubunun futbolçusudur. O, “Turan Tovuz” futbol kulubundan transfer edilib.
Faktla bağlı araşdırma aparılır.
Oxşar Xəbərlər:
26 may 2025, 10:26
22 apr 2024, 13:08
14 iyl 2025, 15:29
