Pressa.az » İdman » “Şamaxı” “Qarabağ”a, “Neftçi” “Qəbələ”yə qarşı

“Şamaxı” “Qarabağ”a, “Neftçi” “Qəbələ”yə qarşı

10 fevral 2026, Çərşənbə axşamı, 09:59
“Şamaxı” “Qarabağ”a, “Neftçi” “Qəbələ”yə qarşı

Bu gün Misli Premyer Liqasında 19-cu tura yekun vurulacaq.

Liderxeber.az xəbər verir ki, 3-cü oyun gününə 2 matç nəzərdə tutulub.

“Şamaxı” son çempion “Qarabağ”ın qonağı olacaq. Görüş saat 14:30-da başlayacaq. 

19:00-da start götürəcək digər qarşılaşmada isə “Neftçi” “Qəbələ”ni qəbul edəcək.

10 fevral

14:30. “Şamaxı” – “Qarabağ”,

Şamaxı şəhər stadionu.

19:00. “Neftçi” – “Qəbələ”,

“Palms Sports Arena”.