Pressa.az » İdman » Minifutbol millimiz İtaliya ilə qarşılaşacaq

Minifutbol millimiz İtaliya ilə qarşılaşacaq

29 may 2026, Cümə, 09:01
Minifutbol millimiz İtaliya ilə qarşılaşacaq

Minifutbol üzrə Azərbaycan millisi Slovakiyanın paytaxtı Bratislavada təşkil olunan Avropa çempionatında bu gün ikinci oyununu keçirəcək.

Lidrxeber.az xəbər verir ki, F qrupunda yer alan yığma İtaliya yığması ilə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 17:45-də başlayacaq.

Qeyd edək ki, Azərbaycan minifutbol millisi ilk turda Avstriya kollektivini 1:0 hesabı ilə məğlub edib. Komandamız hazırda 3 xalla F qrupuna başçılıq edir. Yığma qrupda son matçını mayın 30-da Fransaya qarşı keçirəcək.