Pressa.az » İdman » Bu titula sahib ilk qadın güləşçimiz oldu

Bu titula sahib ilk qadın güləşçimiz oldu

11 iyul 2026, Şənbə, 10:00
Bu titula sahib ilk qadın güləşçimiz oldu

Şimali Makedoniyanın Skopye şəhərində güləş üzrə U-20 Avropa çempionatı davam edir.

Liderxeber.az Güləş Federasiyasına istinadən xəbər verir ki, beşinci yarış günündə qadın güləşi üzrə mübarizəyə yekun vurulub.

Ruzanna Məmmədova (62 kq) finalda türkiyəli Özdenur Özmezlə qarşılaşıb. Rəqibinə 6:0 hesabı ilə qalib gələn həmyerlimiz titulunu qoruyub. Bununla da Ruzanna Azərbaycan güləşi tarixində U20 yaş qrupunda 3 qat Avropa çempionu olan ilk qadın güləşçi ünvanına sahib çıxıb.