Şahruddin Məhəmmədəliyev “Adana Demirspor”da debüt edib
Azərbaycan millisinin üzvü Şahruddin Məhəmmədəliyev “Adana Demirspor”da debüt edib.
LiderXəbər xəbər verir ki, qapıçı Superliqanın 6-cı turunda “Kasımpaşa” ilə səfər oyununda meydana çıxıb.
O, ilk 11-likdə yer almasa da, 23-cü dəqiqədə qırmızı vərəqə alan digər qapıçı Ertaç Özbiri əvəzləyib. Oyun “Kasımpaşa”nın 2:1 hesablı qələbəsi ilə başa çatıb. Şahruddin oyunda 2 qol buraxıb. O, meydana çıxdıqdan cəmi 2 dəqiqə sonra - 25-ci və 51-ci dəqiqlərdə qapısında qol görüb. “Kasımpaşa” birinci qolu cərimə zərbəsindən, ikincini isə penaltidən vurub.