Pressa.az » İdman » AFFA rəsmisi Avropa çempionatının oyununa təyinat alıb

AFFA rəsmisi Avropa çempionatının oyununa təyinat alıb

24 may 2024, Cümə, 15:46
AFFA rəsmisi Avropa çempionatının oyununa təyinat alıb

AFFA-nın Uşaq və Gənclər üzrə Yarışların təşkili şöbəsinin baş mütəxəssisi Zümrüd Ağayeva UEFA-dan növbəti təyinat alıb.

Liderxeber.az assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, o, qadın futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçiriləcək Yunanıstan – Monteneqro oyununun UEFA nümayəndəsi olacaq. C Liqasının görüşü mayın 31-də, saat 19:00-da başlayacaq. Qeyd edək ki, qarşılaşma Yunanıstanın Heraklion şəhərindəki “Teodoros Vardinogiannis” stadionunda baş tutacaq.

Oxşar Xəbərlər: