Pressa.az » İdman » A Seriyası: "Napoli" son anda qələbəni əldən buraxdı

A Seriyası: "Napoli" son anda qələbəni əldən buraxdı

03 fevral 2025, Bazar ertəsi, 09:11
A Seriyası: "Napoli" son anda qələbəni əldən buraxdı

İtaliya A Seriyasının 23-cü turunun "Roma" - "Napoli" matçı başa çatıb.

Liderxeber.az xəbər verir ki, qarşılaşmada hesabı 29-cu dəqiqədə "Napoli"nin müdafiəçisi Leonardo Spinazzola açıb. 90+2-ci dəqiqədə ev sahiblərinin heyətində Anxelinyo hesabı bərabərləşdirib - 1:1.

23 oyundan sonra "Roma" 31 xalla İtaliya A Seriyasının turnir cədvəlində 9-cu yerdədir. "Napoli" eyni sayda oyundan sonra 54 xalla birincidir.