Dünya Bankının regional direktoru dəyişib
Dünya Bankının Cənubi Qafqaz ölkələri üzrə regional direktoru Sebastian Molineus vəzifəsindən azad edilib.
LiderXəbər-in verdiyi məlumata görə, onun yerinə xanım Rolan Pris (Rolande Pryce) təyin edilib.
Əslən Yamaykadan olan R.Pris Dünya Bankının komandasına 2006-cı ildən qoşulub. O, bu təyinata qədər qurumun Ruanda üzrə ölkə meneceri vəzifəsini icra edib.
Yeni regional direktorun işə sentyabrın 1-də başlayacağı bildirilir.
Xatırladaq ki, S.Molineus 2019-cu ilin iyul ayından Cənubi Qafqaz ölkələri üzrə regional direktordur. O bundan sonra fəaliyyətini Dünya Bankının ABŞ-ın paytaxtı Vaşinqtondakı ofisində strategiya və əməliyyatlar üzrə direktor kimi davam etdirəcək.