Pressa.az » İqtisadiyyat » Azərbaycanda tütün istehsalı artıb, siqaret istehsalı isə azalıb

Azərbaycanda tütün istehsalı artıb, siqaret istehsalı isə azalıb

18 mart 2024, Bazar ertəsi, 14:36
Azərbaycanda tütün istehsalı artıb, siqaret istehsalı isə azalıb

2024-cü ilin yanvar-fevral aylarında Azərbaycanda 2 milyard 681.2 milyon ədəd siqaret və siqarlar istehsal edilib.

LiderXəbər Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu göstəricinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 8.1% azalıb.

Qeyd edək ki, hesabat dövründə ölkədə 846.3 ton tütün istehsal edilib ki, bu da 2023-cü ilin yanvar-fevral ayları ilə müqayisədə 6.1 dəfə çoxdur.