Pressa.az » İqtisadiyyat » Azərbaycandan Türkiyəyə yatırılan investisiyaların həcmi 20 dəfə artıb

Azərbaycandan Türkiyəyə yatırılan investisiyaların həcmi 20 dəfə artıb

15 dekabr 2023, Cümə, 17:10
Azərbaycandan Türkiyəyə yatırılan investisiyaların həcmi 20 dəfə artıb

2023-cü ilin yanvar-sentyabr aylarında Azərbaycandan xarici iqtisadiyyata yönəldilmiş birbaşa investisiyalar 2 milyard 691.9 milyon dollar təşkil edib.

LiderXəbər Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu göstəricinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 3.6 dəfə və ya 1.9 milyard dollar artıb. Belə ki, 2022-ci ilin müvafiq dövründə Azərbaycanda xarici iqtisadiyyata yönəldilmiş birbaşa investisiyaların həcmi 759.1 milyon dollar təşkil edib.

Qeyd edək ki, Azərbaycandan ən çox birbaşa investisiya Türkiyə iqtisadiyyatına yatırılıb. Hesabat dövründə Azərbaycandan Türkiyəyə 1 milyard 760,2 milyon dollar investisiya yatırılıb ki, bu da illik müqayisədə 20 dəfə çoxdur.