Pressa.az » İqtisadiyyat » Azərbaycanda dəmir yolu ilə sərnişin daşımaları 25%-dək azalıb

Azərbaycanda dəmir yolu ilə sərnişin daşımaları 25%-dək azalıb

15 aprel 2024, Bazar ertəsi, 15:02
Azərbaycanda dəmir yolu ilə sərnişin daşımaları 25%-dək azalıb

Azərbaycanda dəmir yolu nəqliyyatı ilə 2024-cü ilin yanvar-mart aylarında 4,5 milyon ton yük, 1881,3 min sərnişin daşınmış, 2023-cü ilin eyni dövrü ilə müqayisədə yük daşınmasında 0,3%, sərnişin daşınmasında isə 24,6% artım müşahidə olunub.

Bu barədə LiderXəbər Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, orta hesabla sutkada 355 vaqon yüklənilib, 416 vaqon isə boşaldılıb.

“Sutka ərzində dəmir yolunun Şimal istiqaməti üzrə 16,3 min ton, Qərb istiqaməti üzrə 3,4 min ton, Cənub istiqaməti üzrə isə 0,9 min ton yüklənmə işi yerinə yetirilib”, - məlumatda qeyd olunur.