Pressa.az » İqtisadiyyat » Dövlət Xidməti 2 ayda haqsız rəqabətə yol verilməsi barədə 34 müraciətə baxıb

Dövlət Xidməti 2 ayda haqsız rəqabətə yol verilməsi barədə 34 müraciətə baxıb

10 aprel 2023, Bazar ertəsi, 09:56
Dövlət Xidməti 2 ayda haqsız rəqabətə yol verilməsi barədə 34 müraciətə baxıb

Bu ilin yanvar-fevral aylarında İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti bazar subyektlərinin haqsız rəqabətə yol verməsi barədə 34 müraciətə baxıb.

LiderXəbər xəbər verir ki, bunu qurumun rəisi Məmməd Abbasbəyli "Tviter" hesabında bildirib.

Onun sözlərinə görə, 13 müraciət üzrə tələblər təmin edilib, 7 müraciət üzrə qanunamüvafiq izahat və tövsiyə verilib, 14 müraciət üzrə isə araşdırma davam edir.