"Aztelekom"un rəhbəri vəzifəsindən azad edilib
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus "Aztelekom" MMC-nin Baş direktoru Klaus Müller vəzifəsindən azad edilib.
LiderXəbər-in məlumatına görə, şirkətə rəhbərlik onun müavini Elçin Niyazova həvalə olunub.
O, həm də nazirliyə məxsus, ləğv prosesində olan “Bakı Telefon Rabitəsi” MMC-yə (Baktelecom”), eləcə də “Azeronline” birgə müəssisəsinə rəhbərlik edir.
1986-cı il təvəllüdlü E.Niyazov “Yüksəliş” müsabiqəsinin iştirakçısıdır.