Pressa.az » Ölkə » Azərbaycan məktəbliləri beynəlxalq İnformatika Olimpiadasında 2 medal qazanıblar

Azərbaycan məktəbliləri beynəlxalq İnformatika Olimpiadasında 2 medal qazanıblar

29 iyun 2024, Şənbə, 08:27
Azərbaycan məktəbliləri beynəlxalq İnformatika Olimpiadasında 2 medal qazanıblar

Azərbaycan məktəbliləri beynəlxalq informatika olimpiadasında 2 medal qazanıblar.

Liderxeber.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev “X”dəki hesabında yazıb.

“Çexiyanın Brno şəhərində keçirilən Mərkəzi Avropa İnformatika Olimpiadasında (CEOI 2024) məktəblilərimiz 1 gümüş və 1 bürünc medal qazanıblar. Məktəblilərimizi təbrik edir və uğurlarının davamlı olmasını arzu edirik”, - nazir qeyd edib.