ARDNF-in qızıl külçələrə investisiyaları 11 milyard manatı ötüb
Bu ilin yanvarın 1-nə Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) qızıl külçələrinin dəyəri 11 milyard 478,567 milyon manat təşkil edib.
Bu barədə liderxeber.az Fondun maliyyə hesabatına istinadən xəbər verir.
Sənədə əsasən, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 13,6 % çoxdur.
ARDNF-in qızıl külçələrə investisiyaları onun aktivlərinin 12%-i qədərdir.