Pressa.az » Ölkə » Rayonlara leysan yağacaq, dolu düşəcək - Xəbərdarlıq

Rayonlara leysan yağacaq, dolu düşəcək - Xəbərdarlıq

01 avqust 2024, Cümə axşamı, 16:11
Rayonlara leysan yağacaq, dolu düşəcək - Xəbərdarlıq

Azərbaycanın rayonlarında avqustun 2-4-də əsasən dağlıq və dağətəyi rayonlarda fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən Liderxeber.az-a verilən məlumata görə, ayrı-ayrı yerlərdə (Qarabağ və Şərqi Zəngəzur, Qazax-Gəncə, Balakən-Şəki, Quba-Qusar) leysan xarakterli intensiv və güclü olacağı, dolu düşəcəyi ehtimalı var.

Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimalı var.