Pressa.az » Ölkə » Sabah dumanlı hava gözlənilir

Sabah dumanlı hava gözlənilir

23 mart 2023, Cümə axşamı, 13:28
Sabah dumanlı hava gözlənilir

Martın 24-nə gözlənilən hava proqnozu açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu, əsasən yağmursuz hava olacaq. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Cənub küləyi əsəcək.

Havanın temperaturu gecə 7-10° isti, gündüz 15-20° isti olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunu olacaq. Nisbi rütubət 60-70 % olacaq.

Azərbaycanın rayonlarında əsasən yağmursuz hava olacaq. Lakin gündüz bəzi dağlıq ərazilərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə arabir duman olacaq. Qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 6-11° isti, gündüz 18-23° isti, dağlarda gecə 1° şaxtadan 4°-dək isti, gündüz 5-10° isti olacaq.

Oxşar Xəbərlər:

Sabahın hava proqnozu
03 mart 2023, Cümə
Sabahın hava proqnozu
Sabahın hava proqnozu
01 mart 2023, Çərşənbə
Sabahın hava proqnozu
Sabahın hava proqnozu
15 mart 2023, Çərşənbə
Sabahın hava proqnozu
Sabah dumanlı hava olacaq
09 mart 2023, Cümə axşamı
Sabah dumanlı hava olacaq