Pressa.az » Ölkə » Bakıda yaşlı kişini maşın vurub

Bakıda yaşlı kişini maşın vurub

05 aprel 2023, Çərşənbə, 13:35
Bakıda yaşlı kişini maşın vurub

Bakının Nərimanov rayonunda yol qəzası zamanı bir nəfər xəsarət alıb.

LiderXəbər xəbər verir ki, hadisə Ziya Bünyadov prospektində qeydə alınıb.

1961-ci il təvəllüdlü Mahmudov Hamlet Mahmud oğlu yolun piyadalar üçün müəyyən edilməmiş hissəsindən keçərkən onu minik avtomobili vurub.

Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən araşdırma aparılır.