Masallıda 20 yaşlı gənc kanalda boğuldu

Masallıda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.
Liderxeber.az xəbər verir ki, 2005-ci il təvəllüdlü Əliyev İbad Güloğlan oğlu Şərəfə kanalında boğularaq ölüb.
Belə ki, 20 yaşlı gənc iyulun 19-u qardaşı Ramin Əliyevlə birlikdə balıq tutmaq üçün yaşadığı evdən təxminən 500 metr məsafədə yerləşən kanalın kənarına gedib. Burada balıq tutan zaman o, kanala düşüb.
İ.Əliyevin meyiti qardaşı tərəfindən sudan çıxarılıb.
Faktla bağlı Masallı Rayon Prokurorluğunda araşdırma aparılır.
Oxşar Xəbərlər:

25 may 2024, Şənbə
Prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfvi ilə bağlı Sərəncam imzalayıb - SİYAHI

24 iyun 2024, Bazar ertəsi
Bir sıra dövlət qulluqçuları orden, medal və fəxri adlarla təltif olunurlar - Siyahı