ABŞ Ukraynaya silah tədarükü üçün 6 milyard dollarlıq müqavilələr bağlamağa hazırlaşır
R'smi Vaşinqton Ukraynaya silah və texnikanın tədarükü üçün Amerika şirkətləri ilə 6 milyard dollarlıq müqavilələr bağlamağa hazırlaşır.
LiderXəbər-in məlumatına görə, bu barədə “Politico” qəzeti iki amerikalı rəsmiyə istinadən məlumat yayıb.
Onların fikrincə, bu yolla Amerika administrasiyası Kiyev üçün cümə günü elan oluna biləcək ən böyük yardım paketlərindən birinə “son nöqtələri” qoyur.
Mənbələrin bildirdiyinə görə, bura "Patriot" hava hücumundan müdafiə sistemləri, artilleriya mərmiləri, dronlar, əks PUA-lar və hava-hava raketləri daxil olacaq.
Qeyd olunur ki, müqavilələrin bağlanması üçün vəsait ABŞ Konqresinin Kiyevə yardım üçün ayırdığı 61 milyard dollardan ayrılacaq.
Oxşar Xəbərlər:
23 aprel 2024, Çərşənbə axşamı
Azərbaycan və Rusiya prezidentlərinin BAM veteranları və işçiləri ilə birgə görüşü keçirilib - FOTO
20 oktyabr 2023, Cümə
Böyük Qayıdışa dair I Dövlət Proqramının icrası üçün ayrılacaq vəsaitin həcmi bilinib