"Yuventus" 34 il əvvəlin antirekordunu təkrarladı
İtaliya çempionatında "Yuventus"un uğursuz seriyası "Latsio" ilə matçda da davam edib.
Liderxeber.az "Opta" nəşrinə istinadən xəbər verir ki, A seriyasının son turunda Roma klubu öz meydanında "Yeve"ni 1:0 hesabı ilə məğlub edib. Turinlilər ardıcıl 8 oyundur ki, qələbə qazana bilmirlər.
Bundan başqa, İqor Tudorun baş məşqçisi olduğu komanda ardıcıl dörd matçda qol vura bilməyib. "Yuventus"da belə bir uğursuz göstərici sonuncu dəfə 34 il öncə - Luici Mayfredinin kluba rəhbərlik etdiyi vaxt qeydə alınmışdı.
Xatırladaq ki, "Yuventus" səkkiz turdan sonra 12 xalla A seriyasında turnir cədvəlində səkkizinci yerdədir.
Oxşar Xəbərlər:
21 iyul 2024, Bazar günü
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib
27 sentyabr 2024, Cümə
Gecə fotoşəkilləri üçün müstəsna imkanlara və innovativ süni intellektə malik “Xiaomi 14T” seriyasının satışına start verilib
07 sentyabr 2024, Şənbə
İtaliya Fransanın Cənubi Qafqaz regionundakı gündəliyini dəstəkləmir - "Kaspi"nin təhlili
