Səudiyyə Kral Kuboku: Benzemanın klubu Ronaldunun komandasını turnirdən kənarlaşdırdı
Səudiyyə Ərəbistanı Kral Kubokunun 1/8 final matçında "Ən-Nəsr" öz meydanında "Əl-İttihad"ı qəbul edib.
Liderxeber.az xəbər verir ki, matçı 1-2 hesabı ilə qonaqların qələbəsi ilə başa çatıb.
Kərim Benzema 15-ci dəqiqədə oyunun ilk qolunu vurub. 30-cu dəqiqədə ev sahibi komandanın hücumçusu Qabriel Anjelo hesabı bərabərləşdirib. İlk hissənin sonlarında, 45+2-ci dəqiqədə yarımmüdafiəçi Ussem Auar qonaqları yenidən irəli çıxarıb.
49-cu dəqiqədə Ciddə təmsilçisi azlıqda qalsa da, Ər-Riyad klubu qalan vaxt ərzində say üstünlüyündən yararlana bilməyib - 1:2.
Beləliklə də, Kriştianu Ronaldunun komandası Kral Kubokunda mübarizəni erkən dayandırıb.
Oxşar Xəbərlər:
20 yan 2023, 07:05
26 mar 2025, 09:12
10 apr 2023, 18:41
12 mar 2025, 09:49
