Tarix fənni üzrə bəzi mövzular yenidən dərsliklərə əlavə edilib
“Tarix fənni üzrə 7 və 10-cu sinif dərsliklərinə bir neçə mövzu daxil edilib ki, bunlar da müəllimlərin işə qəbulunun qiymətləndirmə çərçivəsinə daxil edilib”.
Liderxəbər xəbər verir ki, bunu Təhsil İnstitutunun Metodik Dəstək və Peşəkar İnkişaf Mərkəzinin direktoru Nəzakət Mehdiyeva deyib.
Onun sözlərinə görə, həmin mövzular əvvəllər də tarix fənni üzrə dərsliklərdə olub:
“İndi yenidən dərsliklərə əlavə edilərək müəllimlərin işə qəbulunun qiymətləndirmə çərçivəsinə daxil edilib. Lakin imtahanda məhz həmin mövzulardan sual düşəcəkmi bunu əvvəlcədən demək çətindir”, - deyə o qeyd edib.
Oxşar Xəbərlər:
07 fevral 2023, Çərşənbə axşamı
Xaricdə təhsil alanların diplomlarının tanınması ilə bağlı yeniliklər açıqlanıb
02 fevral 2023, Cümə axşamı
Azərbaycan və Rumıniya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər