Pressa.az » Ölkə » Azərbaycanda əlavə dəyər vergisi üzrə proqnoz 6%-dən çox artırılır

Azərbaycanda əlavə dəyər vergisi üzrə proqnoz 6%-dən çox artırılır

25 may 2024, Şənbə, 11:56
Azərbaycanda əlavə dəyər vergisi üzrə proqnoz 6%-dən çox artırılır

Azərbaycanın yenidən baxılma ilə 2024-cü il dövlət büdcəsinin gəlirlərinin 8 milyard 068,9 milyon manatının və yaxud 22,2 %-nin əlavə dəyər vergisi (ƏDV) üzrə daxilolmaların payına düşəcəyi proqnozlaşdırılır.

Liderxeber.az bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir. Məlumata görə, bu, 2024-cü ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 6,3 % və ya 477,9 milyon manat çoxdur. ƏDV üzrə daxilolmaların 3 milyard 647,9 milyon manatını və yaxud 45,2 %-ni İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti, 4 milyard 421 milyon manatını və yaxud 54,8 %-ni isə Dövlət Gömrük Komitəsi təmin edəcək. Bunlar isə müvafiq olaraq 8,1 % və 4,9 % artırılıb. Xatırladaq ki, Azərbaycanın yenidən baxılan 2024-cü il dövlət büdcəsinin gəlirləri ilə bağlı proqnoz 34 milyard 173 milyon manatdan 36 milyard 353 milyon manata, xərcləri ilə bağlı proqnoz isə 36 milyard 763 milyon manatdan 39 milyard 707,3 milyon manata çatdırılacaq.