Pressa.az » Ölkə » Azərbaycanlı xilasedicilərin bir hissəsi Türkiyədən Azərbaycana qayıdır

Azərbaycanlı xilasedicilərin bir hissəsi Türkiyədən Azərbaycana qayıdır

01 mart 2023, Çərşənbə, 15:00
Azərbaycanlı xilasedicilərin bir hissəsi Türkiyədən Azərbaycana qayıdır

Türkiyənin zəlzələ baş verən bölgəsində axtarış-xilasetmə işlərinə cəlb edilən Azərbaycan Fövqəladə Hallar Nazirliyinin xilasedicilərinin bir qrupu Azərbaycana qayıdır.

Liderxəbər xəbər verir ki, azərbaycanlı xilasedicilərin yaxın saatlarda Adana hava limanından Azərbaycana yola düşməsi gözlənilir.

Qeyd edək ki, Azərbaycandan Türkiyəyə FHN-in 760 nəfər xilasetmə və tibbi personalı, 8 xilasetmə iti, 2 mobil səhra hospitalı (7 konteynerlə), 3 xüsusi təyinatlı xilasedici nəqliyyat vasitəsi, 2630 çadır (müxtəlif ölçülü), 707 qızdırıcı, 540 çarpayı, 5 böyük gücə malik generator, 724 ədyal və 724 ədyal üzü, 8000 geyim dəsti, 20000 corab (cüt), 650 masa, 2000 oturacaq, 7000 iplik dəsmal və digər ləvazimatlar göndərilib.