Pressa.az » Ölkə » Bu il Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalı artıb

Bu il Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalı artıb

17 mart 2023, Cümə, 13:04
Bu il Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalı artıb

2023-cü ilin yanvar-fevral ayları üzrə kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 895,6 milyon manat təşkil edib.

Liderxəbər xəbər verir ki, bu rəqəmin 849,2 milyon manatı heyvandarlıq, 46,4 milyon manatı bitkiçilik məhsullarının payına düşüb.

Qeyd edək ki, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatının istehsalı 3,3%, o cümlədən heyvandarlıq məhsulları üzrə 3,4%, bitkiçilik məhsulları üzrə 1,9% artıb.