Pressa.az » Siyasət » Naxçıvan Ali Məclisinin sessiyası çağırılıb

Naxçıvan Ali Məclisinin sessiyası çağırılıb

07 yanvar 2023, Şənbə, 15:57
Naxçıvan Ali Məclisinin sessiyası çağırılıb
Altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin doqquzuncu sessiyasının çağırılması haqqında Qərarı Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin birinci müavini Azər Zeynalov yanvarın 6-da imzalayıb.
 
LiderXəbər-in məlumatına görə, qərarda deyilir:
“Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 18-ci maddəsinin I hissəsini rəhbər tutaraq Naxçıvan Muxtar Respublikasının Ali Məclisi qərara alır:
 
I. Altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin doqquzuncu sessiyası 2023-cü il yanvar ayının 10-da saat 11:00-da Naxçıvan şəhərində çağırılsın.
 
II. Sessiyanın müzakirəsinə aşağıdakı məsələlər verilsin:
 
1. 2022-ci ildə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının yekunları
 
2. Naxçıvan Muxtar Respublikasının 2023-cü il büdcəsinin təsdiq edilməsi
 
3. Dövlət sosial müdafiə fondunun 2023-cü il büdcəsinin təsdiq edilməsi
 
4. İşsizlikdən sığorta fondunun 2023-cü il büdcəsinin təsdiq edilməsi
 
III. Sessiyanın iclasına aidiyyəti təşkilatların rəhbərləri və dövlət mətbuat orqanlarının nümayəndələri dəvət olunurlar”.