ABŞ bütün "Patriot"larını Ukraynaya verəcək
ABŞ administrasiyası hazırda ölkədə istehsal olunan bütün "Patriot" və NASAMS hava hücumundan müdafiə sistemlərini Ukraynaya vermək qərarına gəlib.
Bu barədə jurnalistlər üçün onlayn brifinqdə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib.
"Birləşmiş Ştatlar yaxın gələcək üçün planlaşdırılan hərbi texnika təchizatının, o cümlədən "Patriot" və NASAMS sistemlərinin tədarükünün prioritetini dəyişdirmək, onları digər ölkələrə yox, məhz Ukraynaya göndərməklə bağlı çətin, lakin zəruri qərar qəbul edib", - C.Kirbi deyib.
Oxşar Xəbərlər:
17 may 2024, Cümə
Azərbaycan və Belarus prezidentləri “Caspian Agro” və “InterFood Azerbaijan” sərgiləri ilə tanış olublar
02 fevral 2023, Cümə axşamı
Azərbaycan və Rumıniya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər