Pressa.az » Dünya » ABŞ Ukraynaya hərbi yardımı azaldıb

ABŞ Ukraynaya hərbi yardımı azaldıb

29 dekabr 2024, Bazar günü, 10:06
ABŞ Ukraynaya hərbi yardımı azaldıb

Birləşmiş Ştatlar 2024-cü ildə Ukraynaya yardımın həcmini ötən illə müqayisədə azaldıb.

Liderxeber.az-ın məlumatına görə, bu, Pentaqonun hesabatından aydın olub.

Sənədə əsasən, 2024-cü ildə ABŞ-nin Kiyevə hərbi yardımının həcmi təxminən 19.5 milyard dollar təşkil edib. Bu 2023-cü illə müqayisədə azdır - keçən il Ukraynaya yardımının həcmi 24.7 milyard dollar təşkil edib (2022-ci ildə isə 19.875 milyard dollar).

Hesabata görə, yardımın əhəmiyyətli hissəsi Ukraynanın HHM-nin gücləndirilməsinə yönəlib. Belə ki, cari il ərzində Ukrayna Silahlı Qüvvələrinə verilən "NASAMS" və "Patriot" HHM kompleksləri üçün raketlərin həcmi əhəmiyyətli dərəcədə artıb.